“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlər Qarabağlar Türbə Kompleksində,eləcə də Naxçıvan şəhərində yerləşən tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olublar.

Qonaqlara Qarabağlar Türbə Kompleksi haqqında geniş məlumat verilib. Qeyd edilib ki, Kompleksin xanəgah hissəsində xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri nümayiş olunur.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublika ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Burada yerləşən Nuh peyğəmbərin türbəsi də şagirdlərdə maraq doğurub.

Naxçıvan Biznes Mərkəzinə gələn məktəblilərə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, təhsil naziri Rəhman Məmmədov, gənclər və idman naziri Azad Cabbarov tur-aksiya iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaradıb.

Sonra şagirdlər böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılan Hüseyn Cavid məqbərəsini ziyarət ediblər.

Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da məktəblilərdə böyük marağa səbəb olub.

Martın 18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.Həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərində olan naxçıvanlı məktəblilər də muxtar respublikaya qayıdıblar.

 

 Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: