NUHÇIXAN xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Dilqəm Pişəvəri küçəsindən başlayıb.
Qeyd edək ki, Zəfər günü ilə bağlı hərbi yürüşlər Naxçıvanla yanaşı Bakı, Sumqayıt, Xankəndi, Şuşa və Laçında da keçirilir.
