Laçında hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - VİDEO
Laçında Zəfərin beşinci ildönümündə hərbi yürüş olub.
NUHÇIXAN xəbər verir ki, Laçın şəhərinin mərkəzində keçirilən yürüş Bayraq meydanından başlayıb.
Yürüşdə Laçln rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və idaretmə Xidmətinin, rəsmiləri də iştirak ediblər.
Sakinlər yolboyu toplaşaraq hərbçiləri alqışlarla qarşılayıblar. Yürüş polis əməkdaşlarının müşaiəti ilə şəhərin küçələri boyunca davam edib.