Naxçıvanda Zəfərin 5-ci ildönümü böyük coşqu ilə qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Gününün 5-ci ildönümü münasibətilə konsert proqramı və atəşfəşanlıq keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət nümayəndələri, Ali Məclisin deputatları, muxtar respublika sakinləri və qonaqlar konsertə baxıblar.

Konsert proqramında uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, “Şərur” Xalq Yallı Ansamblı və Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivləri şən əhval-ruhiyyəli rəqs və kompozisiyalar təqdim ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının solistləri qələbə ovqatlı ifaları ilə bayram konsertinə xüsusi rəng qatıb, çıxışlar alqışlarla qarşılanıb.

Sonda nümayiş etdirilən möhtəşəm atəşfəşanlıq maraqla izlənilib.

Qeyd edək ki, konsert Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: