Faiq Səfərovun yeni kitabı işıq üzü görüb-"Ədalətin təntənəsi"

Vətən şəhidlərinin əziz xatirəsinə ithaf edilib

A- A A+

Müharibə veteranı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri,  Prokurorluğun fəxri işçisi Faiq Səfərovun Tarixi Zəfərimizin 5 illiyi münasibəti ilə  "Ədalətin təntənəsi" adlı kitabı işıq üzü görüb. 

NUHÇIXAN-ın məlumatına görə, kitabda cəmiyyətin inkişafının müxtəlif mərhələlərində yaşayaraq fəaliyyət göstərmiş filosoflar, hüquqşünaslar, sosioloqlar və müxtəlif sahələrdə fəaliyyət göstərən elm, incəsənət xadimləri, o cümlədən dinşünas alimlər, həmçinin dövlət xadimlərinin fikirlərinə əsaslanmaqla “ədalət” anlayışına müxtəlif aspektlərdən yanaşılaraq, onun mahiyyəti, forma və məzmunu, dövlətin və cəmiyyətin, habelə ayrı-ayrı şəxslərin həyatında rolu danılmaz faktlarla geniş ictimaiyyətə çatdırılır. Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi haqq-ədalətin təsdiqi kimi diqqətə çatdırılır. 

Kitabdan hüquq təhsili verən ali məktəb tələbələri,

magistrları, aspirantlar, doktorantlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə geniş ictimaiyyət nümayəndələri faydalana biləcəklər. 

 "Kitabı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən oğullarının, o cümlədən Bizim Taborun (“Naxçıvan

batalyonu”) Şəhidlərinin əziz xatirəsinə ithaf

edirəm",-deyə Faiq Səfərov vurğulayıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: