Duzdağ Müalicə Mərkəzi fəaliyyətini davam etdirir

A- A A+

Bəzi media resurslarında yayılan məlumatlarda “Naxçıvan Duz Muzeyinin ləğvi” ilə bağlı xəbərlərdə Duzdağ Müalicə Mərkəzinə aid fotoşəkillərin istifadə edilməsi ictimaiyyətdə müəyyən yanlış təsəvvür yaradıb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-ın sorğusuna cavab olaraq bildirilib ki,  Duzdağ Müalicə Mərkəzi Duz Muzeyindən fərqli qurumdur və öz fəaliyyətini tam şəkildə davam etdirir. 

Paylaşılan fotoşəkillər səhvən mərkəzimizə aid olduğu üçün bəzi oxucular tərəfindən mərkəzin də fəaliyyətini dayandırdığı kimi anlaşılmışdır.

Qeyd edirik ki, Duzdağ Müalicə Mərkəzi hal-hazırda fəaliyyətini genişləndirir, müasir tibbi xidmətlərin tətbiqi, yeni müalicə proqramlarının yaradılması və qonaqlar üçün rahat infrastrukturun təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir. Mərkəz həm yerli, həm də xarici qonaqlar üçün unikal təbii şəfa mühiti təqdim etməklə, regionun aparıcı sağlamlıq və turizm məkanlarından biri kimi fəaliyyət göstərir.

Duzdağ Müalicə Mərkəzi adından media qurumlarından və ictimaiyyətdən xahiş olunur ki, bu məsələ ilə bağlı yayılan vizual materiallarda dəqiqlik gözlənilsin və mərkəzimizlə bağlı yanlış təsəvvürlərin qarşısının alınmasına diqqət yetirilsin.

Mərkəzimiz hər zaman olduğu kimi bu gün də öz fəaliyyətini uğurla davam etdirir və bütün qonaqları Duzdağın şəfalı mühitindən yararlanmağa dəvət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: