Şahbuzkənddə yeni badam bağı salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Şahbuzkənd sakini Rəfiqə Məmiyeva öz ailə təsərrüfatını daha da genişləndirməyi planlaşdırır. O, öz ailə üzvləri ilə birlikdə 0.5 hektar sahədə yeni badam bağı salmağa başlayıb.

Yeni salınan bağda 400 badam ağacının əkilməsi nəzərdə tutulub. Bağın mütəmadi suvarılması üçün görülən işlər də artıq yekunlaşıb.

Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarında yeni meyvə bağlarının salınmasına maraq artıb. Buna görə də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ailə təsərrüfatı sahibləri ilə mütəmadi maarifləndirici söhbətlər aparırlar.

Mütəxəssislər bildirir ki, meyvə bağlarında düzgün və ardıcıl aqrotexniki tədbirlər həyata keçirilməklə yaxşı nəticələr əldə etmək olar.

Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: