Naxçıvan-Şahbuz magistral yolunda avtomobil qoyun sürüsünə çırpılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  hadisə magistralın Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "NAZ-Lifan" markalı avtomobil hərəkətdə olarakən sürüyə çırpılıb. Nəticədə 20-dən artıq qoyun tələf olub, avtomobillə ciddi ziyan dəyib. 

Məlumata görə, sürücü yola sürünün çıxması nəticəsində idarə etməni itirib və nəticədə sürüyə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: