Cari ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 38 min 533 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52 min 591 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Yanvar - oktyabr aylarında vergi ödəyicilərinə 666001 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 415 sayda ünvanlı xidmət göstərilib. Həmçinin 3092 müraciət üzrə 5523 “Asan İmza” sertifikatı verilib.
