Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib

A- A A+

Noyabrın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.

NUHÇIXAN xəbər verir ki, yığıncaqda əvvəlcə Assosiasiyanın İdarə Heyətinin 15 üzvü seçilib. Daha sonra İdarə Heyətinin üzvləri arasından Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Şəhər bələdiyyələrinin sədrlərinin iştirakı ilə keçirilən səsvermədə Təmraz Tağıyev yenidən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.

Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub. Həmçinin 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyasının üzvləri də səsverməyə çıxarılaraq seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: