Azərbaycan əhalisinin sayı açıqlanıb

A- A A+

Bu ilin əvvəlindən oktyabrın 1-dək ölkə əhalisinin sayı 28 min 758 nəfər və ya 0,3 faiz artaraq, 10 milyon 253 min 647 nəfərə çatıb.

NUHÇIXAN Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə noyabrın 1-dək 20 min 879 nəfərdən ibarət 5 min 256 ailənin qayıdışı təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 min 917 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2 min 154 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 61 min 950 nəfərdir.

Bu ilin oktyabr ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: