Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə NİİM tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni işıqforlar quraşdırılıb.
Sürücülərin daha aydın görmələri üçün “L” və “A” tipli olmaqla piyada bölməli ümumilikdə 16 işıqfor hərəkət iştirakçılarının istifadəsinə verilib.
Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.
