Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlanması barədə iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir.
