Naxçıvanda fərdi yaşayış evində yanğın olub

A- A A+

Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş verən yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 126 kvadratmetr olan birmərtəbəli evin mətbəx hissəsinin tavanı, salon otağında olan 1 ədəd divan və yaşayış evinin açıq eyvanının 3 kvadratmetr tavan hisəssi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: