Naxçıvanda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

A- A A+

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: