Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Vəkillər Kollegiyası arasında Memorandum imzalanıb - FOTOLAR

A- A A+

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib.

AHİK-dən NUHÇIXAN-a bildirilib ki, Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb.

Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən müraciətçilərə işçi hüquqları ilə bağlı ödənişsiz dəstək göstərilir, maarifləndirmə tədbirləri təşkil olunur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl hüquqi bazanın olduğunu vurğulayıb, əmək hüquqlarının müdafiəsi sahəsində AHİK tərəfindən aparılan islahatları və tətbiq edilən yenilikləri yüksək dəyərləndirib.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Vəkillər Kollegiyası arasında birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd həmkarlar ittifaqı üzvlərinin hüquq və maraqlarının daha etibarlı müdafiəsi, hüquqi maarifləndirmə tədbirlərinin artırılması və bu sahədə birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Vəkillər Kollegiyasının nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: