Xocalının Seyidbəyli kəndinə növbəti köç olub, sakinlərə açarlar təqdim edilib

A- A A+

Bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: