“TRT Haber” telekanalının auditoriyasına işğaldan azad olunmuş Füzuli rayonunun bərpasından danışılıb - FOTOLAR
Türkiyənin “TRT Haber” televiziya kanalı milyonlarla izləyicisini Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonu ilə tanış edib.
NUHÇIXAN xəbər verir ki, xəbər kanalının veb-saytında yerləşdirilən fotoreportajda qeyd olunur ki, 44 günlük Vətən müharibəsi zamanı şiddətli döyüşlərin getdiyi Füzuli rayon mərkəzi və ətraf torpaqlar ziyarətçilər üçün nəzərdə tutulmuş ərazilər daxilində hərəkət etmək şərti ilə açıqdır.
Reportajda Azərbaycanın azad edilmiş ərazilərində davam edən bərpa işləri, eləcə də mina təmizləmə prosesi barədə məlumat verilib.
İşğalçılar tərəfindən qazılmış səngərlərin, minalanmış sahələrin və Azərbaycan şəhidlərinin abidəsinin fotoşəkilləri də nümayiş etdirilib.