Babək rayonu ərazisində “Naz Lifan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 41 yaşlı E.Orucov qısa müddət ərzində Sirab kəndi ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
