Gələn il DSMF əhaliyə builkindən 800 milyon manat çox vəsait ödəyəcək - FOTOLAR

A- A A+

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkəmizdə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat (9,3 faiz) çox olmaqla 8 milyard 323 milyon manat olması nəzərdə tutulur.

DSMF-nin növbəti ildə xərclərinin isə 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 196 milyon manatı (96,6 faiz) əhaliyə ödənişlərə yönəldiləcək.

Başqa sözlə, fond gələn il əhaliyə 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək.

DSMF tərəfindən gələn il əhaliyə ödəniləcək vəsaitin 7 milyard 993 milyon manatının pensiya, 203,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət üzrə xərclərə yönəldilməsi nəzərdə tutulur.

Pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Proqnoz göstəricilərə görə, gələn il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: