Dəryaçaya saniyədə 11 kubmetr su daxil olur

A- A A+

Şərur Rayon Meliorasiya və Suvarma Sistemləri İdarəsindən alınan məlumata əsasən hazırda Arpaçay dəryaçasında 110 milyon kubmetrdən artıq su ehtiyatı vardır.

Hər gün  gün gölə ən azı  saniyədə 11 kubmetr su daxil olur. Qeyd edək ki, havaların get-gedə qızması ilə əlaqədar olaraq gölə daxil olan suyun həcmi də artır. Bu isə o deməkdir ki, mövsüm ərzində əkinləri nəzərdə tutulmuş normalar daxilində suvarmaq üçün kifayət qədər ehtiyat toplamaq mümkün olacaqdır. Həm də sudan səmərəli istifadəyə ciddi nəzarət olunur.

Yazlıq əkinlərin suvarılması üçün saniyədə təxminən 1,5 kubmetr su paylayıcı qurğuya ötürülür, oradan isə Sağ və Sol sahil kanalları, Arpaçayın yatağı ilə kəndlərimizə, eləcə də Kəngərli və Sədərək rayonlarına axıdılır. Hər ehtimala qarşı daşqınların qarşısının alınması məqsədilə əvvəlcədən qabaqlayıcı tədbirlər görülmüş, Arpaçayın yatağı genişləndirilmiş, supaylayıcı arx və kanallar lildən təmizlənmiş, lazımi təmir-bərpa işləri aparılmışdır. Həmin tədbirlər bu gün də ardıcıl olaraq həyata keçirilir.

 

           “Şərurun səsi” qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: