Ağdama köçürülmüş sakinlərdən 1150-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib - FOTOLAR

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, həmin sakinlərdən artıq 1154 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan 1119 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 86 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb), 35 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və cəlb olunacaqları məşğulluq proqramı müəyyən edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: