Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərov 

A- A A+

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən oğullarımız daim hörmət və ehtiramla yad edilir. Əlabbas İsgəndərov da belə igidlərimizdən biridir.

Əlabbas İsgəndərov 1958-ci il noyabrın 20-də Ağdam rayonunda dünyaya göz açıb. 1991-ci ildə Qarabağ bölgəsində vəziyyət gərginləşəndə o, tərəddüd etmədən cəbhəyə yollanır və noyabr ayında öz adını Ağdam batalyonuna könüllü olaraq yazdırır.

Ağdam istiqamətində gedən ağır döyüşlərdə Əlabbasın igidliyi xüsusi ilə seçilirdi. 1992-ci ildə Umudlu kəndində baş verən döyüşdə o, mühasirədə qalan yoldaşlarını xilas edərək hərbi hissəyə çatdırmağı bacarmışdı.

1992-ci il martın 4-də Vətən torpağını qorumaq naminə son damla qanına qədər mübarizə apararaq qəhrəmancasına şəhid oldu. O, Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

Göstərdiyi yüksək xidmətə görə Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı Fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Onun ölümü bütün Azərbaycan üçün böyük itki olsa da, göstərdiyi şücaət xalqın yaddaşında əbədi olaraq yaşayır. 20 noyabr yalnız bir doğum günü deyil, həm də Azərbaycan xalqının igidliyini, mərdliyini və torpaq uğrunda canından keçən bir qəhrəmanı xatırladığı gündür.

Əlabbas İsgəndərovun həyat yolu gənclər üçün nümunə, xalqımız üçün isə qürur mənbəyidir. O, Vətən uğrunda canını fəda etməklə adını əbədiyyətə yazdı.

 

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: