“Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək. DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri isə 8 milyard 483 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 807 milyon manat və ya 10,5 faiz çoxdur.
