“Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində müəyyən olunub.
