Naxçıvan MR Ədliyyə Nazirliyi şəhid ailələrini ziyarət edib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları “22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə, ədliyyə sistemində çalışan şəhid ailələrini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, onların ruhuna ehtiram göstərilib, məzarları üzərinə tər çiçəklər qoyulub.

Daha sonra nazirliyin rəhbər şəxs və əməkdaşları Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Xok kəndindən olan şəhidlər Elmar Möhsümov və Basid Rüstəmovun ailələrini ziyarət edərək onların gündəlik qayğıları ilə maraqlanıblar. Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov ziyarət zamanı şəhidlərin Vətən uğrunda yazdıqları qəhrəmanlıq salnaməsini xüsusi vurğulayıb və onların xatirəsinin xalq tərəfindən daim hörmətlə yad ediləcəyini bildirib.

Görüşlər zamanı ailələrə dövlət tərəfindən göstərilən dəstək və qayğının davamlı olduğu diqqətə çatdırılıb, ehtiyaclarının isə hər zaman nəzarətdə saxlanılacağı vurğulanıb. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: