1996-cı ilin dekabr ayında BMT Baş Assambleyası həmin il keçirilmiş ilk Ümumdünya Televiziya Forumuna (World Television Forum) istinadən 21 noyabr tarixini Ümumdünya Televiziya Günü (World Television Day) elan edib.
Müasir dünyada televiziya rabitə və qloballaşmanın əsas simvollarından birinə çevrilib. Bu səbəbdən dövlətlərə bu günü sülh, təhlükəsizlik, iqtisadi və sosial inkişaf, eləcə də mədəni əlaqələrin genişləndirilməsi mövzularına həsr olunan televiziya proqramlarını mübadilə etməklə qeyd etmək tövsiyə edilib.
Bayramın qısa müddət ərzində qeyd olunmasına baxmayaraq, televiziya tarixinin başlanğıcı təxminən bir əsr əvvələ dayanır. Elektron şüalardan istifadə etməklə məsafədən təsvirin ötürülməsi və qəbulu üzrə ilk sınaqlar 1920-ci illərin əvvəlində ABŞ, Yaponiya və Sovet İttifaqında aparılıb.
Qeyd edək ki, Azərbaycanda televiziya yayımına 1956-cı il fevralın 14-də start verilib.
Nurtac İsmayılova
