Şahbuzun kəndlərində Novruz şənliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kolanı, Ağbulaq və Keçili kəndlərində Novruz bayramına həsr olunan  şənliklər təşkil olunub.                                             

Şənliklərdə  bayram tonqalı yandırılıb. Rayon Mədəniyyət şöbəsinin “Batabat” instrumental ansamblının, uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında mahnılar səsləndirilib.

Şənliklərdə Kolanı Kənd mədəniyyət evinin yallı qruplarının rəqsləri də sakinlərdə xoş ovqat yaradıb. Qara zurnanın sədaları ilə meydanda çıxış edən rəqs və yallı kollektivlərinə kənd sakinləri də qoşularaq əsl bayram sevinci yaşayıblar.

Ağbulaq kəndində isə bayram xususi qeyd olunub. Şənliyə Ağbulaq istirahət mərkəzində olan qonaqlar da qatılıb. Kənd sakinləri burda  qədim əşyaları, toxuculuq və əl işlərini  nümayiş etdiriblər. Ağbulaq kənd tam orta məktəbinin şagırdləri bayrama aid şeirlər səsləndiriblər.                     

                                                                   Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: