Ailə təsərrüfatlarında müasir texnikalara maraq artıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikaya yeni gətirilən texnikalar barədə ailə təsərrüfatı nümayəndələrinə ətraflı məlumat verilib.

Keçirilən maarifləndirmə tədbirində ailə təsərrüfatı nümayəndələrinə yeni gətirilən texnikaların texniki xüsusiyyətləri, istifadə qaydaları və digər məsələlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, gətirilən bu texniklar kənd təsərrüfatı üçün həm zəruri, həm də xüsusi əhəmiyyətə malikdir.

Kənd təsərrüfatı sahəsində çalışanlara dövlət dəstəyi ilə güzəştli şərtlərlə texnikaların verilməsi və əl əməyinin yüngülləşdirilməsi həm bu sahəyə marağı, həm də kənd təsərrüfatı məhsulları istehsalında rentabelliyi artırır.  Bunun üçün də kənd təsərrüfatı avadanlıqları ilə tanışlıq zamanı ailə təsərrüfatı nümayəndələri yeni gətirilən müasir  texnikalara daha çox  maraq göstərirlər.

Tanışlıq zamanı ailə təsərrüfatı nümayəndələrinə  bildirib ki, istənilən kənd təsərrüfatı texnikasını sifariş etmək də mümkündür. Bu zaman Cəmiyyət həmin texnika barədə araşdırma aparır. Şərtlər həmin təsərrüfat sahibini qane edərsə ondan sonra muxtar respublikaya  gətirilir.

Tanışlıq zamanı torpaq mülkiyyətçilərini maraqlandıran suallar da cavablandırılıb.                                   

Qeyd edək ki, 2019-cu ildə tələbata uyğun olaraq 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib.

                                                                        Nicat Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: