Bayram günlərində də Naxçıvan şəhəri təmizliyi ilə seçilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin kollektivi bu bayram günlərində də iş başındadır. Odur ki, təkcə şəhər sakinləri yox, muxtar respublikamıza gələn qonaqlar, o cümlədən də turistlər Naxçıvan şəhərinin təmizliyini yüksək qiymətləndirirlər.

Qeyd edək ki, Naxçıvan şəhərinin fasiləsiz təmizlənməsi və məişət tullantılarının vaxtlı-vaxtında toplanaraq şəhərdən kənarlaşdırılması üçün Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə 50 müxtəlif markalı kommunal xidmət göstərən maşın verilib. Kollektiv bu texnikanın gücündən səmərəli istifadə edir.

Qeyd edək ki, təmizlik işləri təkcə şəhərin mərkəzi küçələri və bayram tədbirləri keçirilən yerlərlə  məhdudlaşmır. Eyni zamanda ətraf məhəllələr və kəndlər də diqqətdə saxlanılır. 

Belə ki, şəhərin və ətraf kəndlərin müxtəlif ünvanlarında tullantıların ətrafa yayılmaması üçün nəzərdə tutulan yerlərdə xüsusi təmizlik qutuları qoyulub.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: