İtaliyanın “Agenzia Nova” saytında “Bakıda Novruz bayramı qeyd olunur” sərlövhəli yazı dərc edilib.
NUHÇIXAN xəbər verir ki, yazıda Novruz bayramının adət-ənənələrindən danışılır.
Yazıda bayramın Azərbaycan xalqının ən sevimli bayramlarından biri olduğu bildirilir. Qeyd edilir ki, Novruz bayramına bir ay qalmış hər çərşənbə axşamı həyat üçün vacib dörd ünsür: su, od, yel və torpaqla bağlı çərşənbələr keçirilir.
Novruz bayramının baharın gəlişi, təbiətin oyanması, gecə ilə gündüzün bərabərləşməsi ilə əlamətdar olduğu ilə bildirilir. Bu xüsusda bahar bayramının yeni ilin ilk günü kimi martın 20-21-nə təsadüf etdiyi diqqətə çatdırılır.