Naxçıvan şəhərində daxili avtomobil yollarının əsaslı təmirinə başlanılıb - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar, ümumi uzunluğu 10,3 kilometr olan Naxçıvan şəhərinin Babək məhəlləsi, 6-cı məhəllə, Hacıniyyət kənd avtomobil yolu və uzunluğu 17,5 kilometr olan Naxçıvan şəhər S.Vurğun, N.Naxçıvani, H.Rəhmanov, 58-ci məhəllə istiqamətində əsaslı təmir işləri həyata keçirilir.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, hazırda yolda torpaq işləri görülür, yol əsası möhkəmləndirilir və suötürücü qurğular quraşdırılır. Bu proses yekunlaşdıqdan sonra avtomobillərin daha rahat hərəkət etməsi üçün yola asfalt örütüyü salınacaq.