Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Bu barədə NUHÇIXAN-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
