Ordubadın bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq

A- A A+

Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq .

NUHÇIXAN xəbər verir ki, 110 kilovoltluq "Ordubad-1" və "Ordubad-2" hava elektrik verilişi xəttinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 35/10 kilovoltluq "Xanağa" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Dırnıs" hava elektrik verilişi xətti "Azərenerji" ASC Naxçıvan Enerji MMC ilə razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Ordubad rayonunun Xanağa, Ağrı, Dizə, Vənənd, Vələver, Başkənd, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində 26 noyabr tarixində saat 14:00-dan 16:00-a qədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: