Naxçıvan şəhərində yeni yaşayış binaları tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki  Heydər Əliyev prospektində yeni yaşayış binası tikilir. 44 mənzilli 6 mərtəbəli bina milli və müasir memarlıq üslubunda inşa olunur.  Binada 2, 3, 4, 7 və  9 otaqlı mənzillər yerləşəcək. Zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaq. 4 girişi olan binanın birinci mərtəbəsində 12 mağaza istifadəyə veriləcək.

Heydər Əliyev prospektində inşa edilən digər bina isə 7 mərtəbəli 6 mənzilli olacaq. Bu binada da insanların rahatlığı üçün bütün şərait yaradılacaq.

Naxçıvan şəhərindəki yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Hələ sovet dövründə tikilmiş bu çoxmərtəbəli yaşayış binaları şəhərin müasirləşən ab-havası ilə ayaqlaşmadığı üçün əsaslı təmir olunur. Hazırda İstiqlal küçəsindəki 123 nömrəli binada əsaslı təmir işləri aparılır. Nizami küçəsindəki 40 nömrəli binada isə təmir işlərinə yeni başlanılıb.

Təmir olunan binalarda bütün kommunikasiya xətləri, pəncərələr dəyişdirilir, zirzəmilər mülki müdafiə qaydalarına uyğun qurulur, həyətlər abadlaşdırılır, müasir işıqlandırma sistemləri çəkilir və yaşıllıqlar salınır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Naxçıvanda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 2 milyon 206 min manat ayrılıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: