Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən mövcud duz istehsalı müəssisəsinin və yardımçı binalarının texniki müayinəsi aparılacaq.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı yerli Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıqlara başlayıb.
İşləri Fövqəladə Hallar Nazirliyinin "Azərdövlətsənayelayihə" İnsititutu həyata keçirəcək və 11 min manat haqq alacaq.
Xatırladaq ki, bu ilin oktyabr ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırma dayandırılıb. Duz dağında 5 saylı mədəndə texniki təhlükəsizliyi gücləndirmək üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılmasına müvəqqəti fasilə verilib.
