Atçılıq və İstirahət Mərkəzində bayram konserti olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Atçılıq və İstirahət Mərkəzində Novruz bayramı münasibətilə konsert təşkil olunub. Konsertdə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının bədii və özfəaliyyət kollektivi çıxış edib. Musiqiçilər tamaşaçılara maraqlı və rəngarəng repertuar təqdim edilər.

Sakinlər ailələri ilə birlikdə müxtəlif oyunlar oynayıb, cıdır meydanında at çapıblar. Eyni zamanda uşaqlar üçün alınan poni cinsli atlar, burada saxlanılan müxtəlif quş və heyvanlar, sakinlərin, xüsusilə də balacaların marağına səbəb olur.

Naxçıvan şəhərindən təqribən 4 kilometr məsafədə yerləşən Atçılıq və İstirahət Mərkəzi qonaq və yerli sakinlərin sevimli məkanıdır.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: