Babək rayonunda Süni Mayalanma Mərkəzi yaradılır - FOTOLAR

A- A A+

NUHÇIXAN-ın məlumatına görə muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzi tikilir. Mərkzə üçün iki mərtəbədən ibarət inzibati bina, yataqxana, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi, müxtəlif laboratoriyalar və digər obyektlər inşa olunur. Hazırda inzibati bina üzlənir və daxildə suvaq işləri görülür.

Qeyd edək ki, Mərkəzin tikintisi Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədi ilə həyata keçirilir. Süni Mayalanma Mərkəzinin tikilməsi Naxçıvanda heyvandarlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Belə ki, hazırda 23 süni mayalanma məntəqəsinin fəaliyyət göstərdiyi muxtar respublikada yeni yaradılacaq mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: