NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsində Mərkəzi bazarda təşkil edilən yarmarka bu gün də davam edib. Novruz yarmarkasına müxtəlif ərzaq məhsulları istehsal edən dövlət və qeyri-dövlət müəssisələrindən keyfiyyətli məhsullar çıxarıblar. Ona görə də sakinlər bu məhsullara daha çox üstünlük verirlər.
Yarmarkada yerli şəraitdə istehsal edilən təbii bal, meyvə şirələri, heyvandarlıq məhsulları, göy-göyərti və digər məhsullar üstünlük təşkil edir. Kənd əməkçiləri heç bir rüsum ödəmədən bu novruz günlərində rahat şəkildə öz məhsullarını yarmarkada münasib qiymətə sata bilirlər.
Məhəmməd Fərəcov