Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib - FOTOLAR
NUÇIXAN xəbər verir ki, noyabrın 27-də Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər.