NUHÇIXAN xəbər verir ki, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan bayram şənlikləri davam edir. Bayramın 5-ci günündə də şənliyə Türkiyədən, İrandan və ölkəmizin digər bölgələrindən kifayət qədər qonaq gəlib.
Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları tamaşaçılara təqdim olunur. Burada həmçinin əhaliyə, muxtar respublikaya gələn qonaqlara və turistlərə ictimai-iaşə xidməti göstərilir. Muxtar respublikada istehsal edilən müxtəlif növ bayram şirniyyatları, şərbət və içkilər,milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif edilir.
Qeyd edək ki, bayram şənlikləri martın 24-dək davam edəcək.
Turab Hacızadə