Naxçıvanda arıçılıqla bağlı beynəlxalq konfrans keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində IV Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı keçirilib. Konfransda  muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahiblərinin, Azərbaycan Dövlət Pedoqoji Unveristetinin, Azərbaycan Arıçılar Assosiasiyasının, Türkiyənin Uludağ Unversitetinin, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Peşəkar Arıçılar Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin Kənd Təsərrüfatı Nazirliyi və  Baytarlıq Xidməti əməkdaşlarının iştirak edib. Tədbirdə son illər Naxçıvanda arıçılığın inkişafı barədə geniş söhbət açılıb. Bildirilib ki, muxtar respublikada əvvəllər  cəmi  6045  arı ailəsi vardısa, göstərilən dövlət qayğısının nəticəsindən sonra bu gün  arı ailələrinin sayı artıq  70 mini ötüb.

O da vurğulanıb ki, Naxçıvanın təbiətində çoxlu dərman bitkiləri mövcuddur. Bu bitkilərin köməyi ilə arı ailələrində olan xəstəliklərin azalmasına  və keyfiyyətli məhsul əldə edilməsinə nail olmaq olar.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev bildirib ki, arıçılara davamlı dövlət qayğısı göstərilir.  Naxçıvanda 2017-2022-ci illərdə arıçılığın inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Təkcə 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb.

Digər mütəxəssislər arı ailələrinin xəstəliklərdən qorunması, ana arının yetişdirilməsində muxtar respublikaya məxsus sortlardan istifadənin vacibliyi və digər məsələlərlə bağlı məlumatlar veriblər.

Sonra konfrans “Regionlarda  arıçılığın  müasir vəziyyəti”, “Yem bazası  və inkişaf perspektivləri”, “Arı yetişdirmə seleksiya-damazlıq işi  və yerli arı genefonunun  qorunma yolları” və  digər mövzularda bölmə iclasları ilə davam etdirilib.

                                                                       Novruz Məmmədov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: