Qaraciyər piylənməsi bu orqanın xəstəlikləri arasında ən yayılmış pozulmalardan biridir.
Qaraciyərin piylənməsi insanın həyatı üçün təhlükə yaratmasa da, sirroz və xərçəngi kimi sağalmaz xəstəliklərin inkişafına şərait yaradır.
Qaraciyər piylənməsindən əziyyət çəkənlərin sayı ildən ilə artır. Alimlərin fikrinə görə, bu pozulmanın əsas səbəbləri arasında spirtli içkilərin qəbulu, qeyri-sağlam qidalanma və piylənmədir.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika alimlərinin fikrinə görə, qaraciyər piylənməsinin riskini azaltmaq üçün qidalanma zamanı zeytun yağından daha çox istifadə etmək lazımdır. Alimlərin fikrinə görə, bu məhsul nəinki qaraciyər piylənməsinin qarşısını alır, həmçinin artıq mövcud olan piylənmənin simptomlarını azaldır.
Omeqa-3 faydalı yağlı turşularla zəngin olan zeytun yağı qanda lipidlərin səviyyəsini azaldır, artıq çəki yığılmasının qarşısını alır, qaraciyər fermentlərinin səviyyəsini aşağı salır ki, bu da qaraciyər piylənməsinin riskini azaldır.