Yaxın vaxtlarda Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasında yeni yaşayış kompleksinin inşasına başlayacaq.
NUHÇIXAN xəbər verir ki, bunu "Report"a açıqlamasında Agentliyin mətbuat katibi Diana Dadaşova bildirib.
Onun sözlərinə görə, Naxçıvanda həyata keçiriləcək layihə artıq icra mərhələsindədir: "Yaşayış kompleksinin inşası üçün layihələndirmə işlərinə başlanılıb".
