Mixək ən faydalı və müalicəvi ədviyyatlardan biri sayılır.
Bir çox Şərq ölkələrində mixək çeynəmək adəti var. Həqiqətən bu çox yaxşı adətdir. Yeməkdən sonra saqqız deyil mixək çeynəyin. Bu dişlərinizin sağlamlığını qoruyacaq və nəfəsinizi təravətləndirəcək.
NUHÇIXAN xəbər verir ki, mixək çeynəməyin bir çox digər faydaları da mövcuddur:
- Ağız boşluğunda ziyanlı mikrobları (o cümlədən stafilokokku) öldürür, iltihabları müalicə edir.
- Mixək tanınmış təbii qurd qovucu vasitədir.
- Damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, damaqların iltihabını müalicə edir, diş ağrısını azaldır.
- Boğaz ağrısı zamanı kömək edir.
- Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır - köp, meteorizm, qarında ağırlıq zamanı yardım edir.
- Xərçəng riskini azaldır. Mixəyin tərkibində olan "evgenol" adlı maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
- Baş ağrısı zamanı kömək edir.
- Aşağı təzyiqi tənzimləyir. Hipotoniyadan əziyyət çəkənlər bunu bilməlidir. Əksinə isə hipertoniyadan əziyyət çəkənlər mixəkdən tez-tez istifadə etməməlidir ki, bu təzyiqin yüksəlməsinə səbəb ola bilər.
- İnsanı gümrah edir, əhvalı yaxşılaşdırır, stressi azaldır.
- Beyinin fəaliyyətini stimullaşdırır.