Ötən ay 92 nəfər zəhərlənib, onlardan 3-ü ölüb

A- A A+

Bu ilin noyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, üç nəfəri spirtli içkilərdən, bir nəfəri həlledici məhluldan, bir nəfəri yandırıcı məhlullardan, bir nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, bir nəfəri anafilaktik şokdan, yeddi nəfəri tüstüdən, beş nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, üç nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: