Tur-aksiya iştirakçısı: Naxçıvan tarixi abidələrlə zəngin diyardır

A- A A+

Doğma Azərbaycanımızın hər bir guşəsi gözəldir. Naxçıvanın gözəlliyi isə tamam başqadır. Çünki Naxçıvan gözəl təbiətə malik olmaqla yanaşı, həm də tarixi abidələrlə zəngin diyardır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı, Bakı şəhərinin Sabunçu rayonunun 67 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi Rəqsanə İsmayılova deyib.

O qeyd edib ki, muxtar respublikada olduğu iki gün ərzində bir çox tarixi-mədəni abidələrlə tanış olub, dəyərli məlumatlar əldə edib: “Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının ərazisindəki tarixi abidələr məndə çox böyük təəssürat yaratdı. Əlincəqala və Gülüstan abidəsi haqqında indiyədək bilmədiyim bir çox şeyi öyrəndim”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: