Bakılı məktəbli: Ordubad rayonu ilə tanışlıq yaddaqalan oldu

A- A A+

Ecazkar təbiətə malik, tarixi abidələrlə zəngin Ordubad rayonu ilə tanışlıq mənim üçün yaddaqalan oldu.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Elşən Əliyev deyib.

“Azərbaycanın əyilməzlik simvolu olan Əlincə qalasında olmaq çoxdankı arzum idi. Tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerlərində, Culfa rayonundakı Gülüstan türbəsində, Əlincə qalasında və Ordubad rayonundakı görkəmli şəxsiyyətlərin ev-muzeylərində olmaq məni çox sevindirdi. Tarix kitablarından məlumatımız olan bu yerləri əyanı şəkildə görə bilmək imkanım olduğu üçün özümü xoşbəxt hiss edirəm”, - deyən Elşən Əliyev tur-aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: