DİN: Ötən gün 59 cinayətin açılması təmin edilib

A- A A+

Dekabrın 1-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 267, o cümlədən borclu şəxs qismində axtarışda olan 230 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər, dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqədar 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 qumbara, 3 alışdırıcı, 8 tüfəng, 2 patron darağı və 97 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: