DYP: Sükan arxasında yorğun sürücü potensial təhlükədir!

A- A A+

Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol qəzalarının əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır yol-nəqliyyat hadisələri ilə nəticələnib.

Bu barədə NUHÇIXAN-a DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DYP tərəfindən bu haqda çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır.

“Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi növbəti tədbir zamanı da sürücülərlə bu mövzuda zəruri izahat işləri, maarifləndirici söhbətlər aparılıb. Xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qəbildən olan tədbirlər davamlı olaraq təşkil ediləcəkdir”,- deyə məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: